ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın "Qazprom" şirkəti 2025-ci ilin yekunlarına görə, tarixdə ilk dəfə Çinə Avropa ölkələrindən (Türkiyə daxil olmaqla) daha çox qaz tədarük edib.
Oxu.Az bildirir ki, bu barədə şirkətin Mətbuat Xidmətinin "Telegram" kanalında yayılan məlumatda deyilir.
Məlumata əsasən, ötən il "Qazprom" "Sibirin gücü" ("Sila Sibiri") qaz kəməri vasitəsilə Çinə 38.8 milyard kubmetr qaz tədarük edib.
Şirkətdən, həmçinin əlavə ediblər ki, 2025-ci ildə "Qazprom" Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə də qaz ixracını artırıb.
Xüsusilə qeyd olunub ki, şirkət Qazaxıstan, Özbəkistan və Qırğızıstana tədarükü 22.2%, Gürcüstana isə 40.4% artırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.