Pizza salonları fəaliyyətini dayandırır və gey barlar bağlanır – ABŞ Hərbi Nazirliyi nəyəsə hazırlaşır.
İnterpress.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) fəaliyyəti ilə bağlı maraqlı və narahatedici məlumatlar yayılıb.
Məlumata görə, Pentaqonun ətrafındakı pitseriyalarda sifarişlər kəskin artıb, gey-barlar və əyləncə məkanları isə bağlıdır. Bu, hərbçilərin fövqəladə rejimdə çalışdığına və nəyəsə ciddi hazırlaşdıqlarına işarə kimi qiymətləndirilir.
Eyni zamanda monitorinq kanalları bu gün ABŞ-də B-52H strateji bombardmançı təyyarələrinin kütləvi şəkildə havaya qalxmasının qeydə alındığını bildirirlər.
Qeyd olunur ki, “Pizza indeksi” (Pentaqona çatdırılan pizza sayı) və əyləncə məkanlarında ziyarətçi sayının azalması adətən Pentaqonun gərgin iş qrafikini və mümkün hərbi əməliyyat hazırlığını göstərən qeyri-rəsmi indikator hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az