Kanadada depressiyaya düşən gəncə evtanaziya edildi: Onu “Doktor Ölüm” öldürdü
İnterpress.az xəbər verir ki, Kanadada cəmiyyəti sarsıdan hadisə baş verib.
Məlumata görə, depressiyadan əziyyət çəkən 26 yaşlı gəncə evtanaziya (tibb işçisinin köməyi ilə həyatına son qoyma) tətbiq edilib.
Kiano adlı gəncə hələ 4 yaşında olarkən 1-ci tip diabet diaqnozu qoyulub. Xəstəlik sonradan onun görmə qabiliyyətində ciddi problemlər yaradıb və bu vəziyyət onda dərin depressiyaya səbəb olub.
Yekunda anasının “psixi xəstəlik” kimi təsvir etdiyi bu hal əsas gətirilərək, onun ölümünə rəsmi icazə verilib.
Prosedur Vankuverli həkim Ellen Vibe tərəfindən təsdiqlənib və həyata keçirilib. Həm abort, həm də evtanaziya xidmətləri ilə məşhur olan və “Doktor Ölüm” ləqəbi ilə tanınan Vibe indiyədək 400-dən çox pasiyentin həyatına son qoyması ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az