Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Moldova Prezidenti Maya Sandu bəyan edib ki, əgər ölkəsi ilə Rumıniyanın birləşməsi haqqında referendum keçirilsəydi, o, "lehinə" səs verərdi.
Oxu.Az xəbər verir ki, Moldova lideri bu barədə britaniyalı jurnalistlər üçün podkastda bəhs edib.
O, seçimini Moldova ətrafındakı və bütövlükdə dünyadakı geosiyasi vəziyyətlə izah edib.
"Moldova kimi bir ölkənin yaşaması, demokratiya və suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir. Lakin Moldova prezidenti kimi mən başa düşürəm ki, Rumıniya ilə birləşməni dəstəkləyən çoxluq yoxdur. Lakin Avropa İttifaqına daxil olmağı dəstəkləyən çoxluq var və biz bu məqsədə çatmaq üçün çalışırıq. Bu, suverenliyimizi qorumağa kömək edən daha real hədəfdir", - deyə dövlət başçısı əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.