“Komitə-27” İrandakı agentlərini geri çağırıb.
İnterpress.az xəbər verir ki, “Komitə-27” adlanan qruplaşma təcili hərəkətə keçib.
Məlumata görə, komitə “masa arxası” agentlərinə və İrandakı mənbələrinə müraciət edib.
Onlara təcili surətdə bazaya – “Noyan Tapan”ın “qəbul otağına” (giriş hissəsinə) qayıtmaq tapşırılıb.
Bu gözlənilməz çağırışın və toplanışın səbəbləri barədə hələlik əlavə məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az