AZ

Bayden jurnalistə müsahibə verməmək üçün telefon nömrəsiniDƏYİŞDİRDİ

"New York Times" qəzetinin müxbiri Tayler Peycer ABŞ-nin keçmiş prezidenti Co Baydendən müsahibə almaq üçün onunla əlaqə saxlamağa çalışıb. Lakin siyasətçinin telefon nömrəsini dəyişməsi bu cəhdi nəticəsiz qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı jurnalist özü yayıb.

"Mən ona zəng etdim, lakin məlum oldu ki, nömrəsini dəyişib", - deyə Tayler Peycer ABŞ Prezidenti Donald Trampla müsahibəsi zamanı bildirib.

Donald Tramp isə öz növbəsində müxbirə, sələfindən fərqli olaraq, müsahibə verməyə hazır olduğunu və telefon nömrəsini dəyişmədiyini xatırladıb. O, Baydenin uzun müsahibəyə tab gətirə bilməyəcəyini iddia edərək, "yəqin ki, yerə yıxılacaqdı" ifadəsini işlədib.

"New York Post" qəzetinin yazdığına görə, Peycer "2024: Tramp Ağ Evi necə yenidən qazandı və demokratlar ABŞ-ni necə itirdilər" adlı kitabında Baydenlə müsahibə cəhdinin uğursuzluğundan bəhs edib.

Müxbirin sözlərinə görə, o, 2025-ci ilin mart ayında Baydenə mobil telefonla zəng edərək müsahibəyə razılıq alıb-almayacağını öyrənməyə çalışıb. Bayden demək olar ki, dərhal telefonu söndürüb, lakin ertəsi gün danışacağına söz verib. Onlar həqiqətən də növbəti gün əlaqə saxlayıblar, lakin keçmiş ABŞ prezidenti jurnalistə cəmi bir neçə kəlmə deyə bilib.

Prezidentin şəxsi nömrəsinə zəng edilməsindən narazı qalan Baydenin komandasının üzvləri jurnalistə zəng etməyə və mesajlar göndərməyə başlayıblar. Bir müddət sonra Peycer onun nömrəsinin keçmiş prezidentin komandası tərəfindən bloklandığını, daha sonra isə Baydenin telefon nömrəsini dəyişdiyini öyrənib.

Seçilən
60
redaktor.az

1Mənbələr