AZ

Niyə başqasının əsnəməsi bizə də təsir edir?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir çox insan əsnəməyin orqanizmdə oksigen çatışmazlığından qaynaqlandığını düşünür. Bəs bu, həqiqətən belədirmi?

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı rusiyalı həkim-terapevt Anastasiya Aqayeva "İzvestiya" nəşrinə müsahibəsində açıqlama verib.

Həkim əsnəməyin səbəbləri və insanların niyə bir-birindən əsnəməyə "yoluxması" barədə danışıb.

Onun sözlərinə görə, hazırda insanın niyə əsnədiyini izah edən bir neçə fərziyyə mövcuddur. Fərziyyələrdən birinə əsasən, əsnəmək beynin normal termorequlyasiyasını qorumağa kömək edir. Belə ki, beyin həddindən artıq qızdıqda, məsələn, yorğunluq zamanı, əsnəmə beyinə qan axınını artırır və havanın udulmasını təmin edir. Bu isə beynin "soyumasına" və istilik mübadiləsinin normallaşmasına şərait yaradır.

Digər bir fərziyyə isə şüurun vəziyyətinin dəyişməsi ilə bağlıdır. Əsnəmə adətən yuxudan oyanıqlığa və ya əksinə keçid zamanı müşahidə olunur. Əsnəmə zamanı alınan dərin nəfəs ağciyərlərdə yerləşən alveolları genişləndirir, bu da qan dövranını gücləndirir və ürək döyüntüsünü qısa müddətə artırır. Nəticədə orqanizm vəziyyətdən asılı olaraq ya canlanır, ya da rahatlayır.

Başqa bir nəzəriyyəyə görə, əsnəmək orta qulaqda təzyiqin bərabərləşməsində rol oynayan eşitmə borularının açılmasına kömək edir. Məsələn, təyyarə uçuşu zamanı hündürlük artdıqca, qulaq pərdəsinin arxasındakı təzyiq yüksəlir və əsnəmə bu təzyiqin normallaşmasına şərait yaradır.

Anastasiya Aqayeva bildirib ki, əsnəməyin oksigen çatışmazlığı və ya qanda karbon qazının artması ilə bağlı olması fikri elmi tədqiqatlarla təkzib edilib. Araşdırmalar göstərir ki, qandakı bu qazların səviyyəsi əsnəmənin yaranmasına birbaşa təsir etmir.

"Əsnəməyə yoluxma" məsələsinə gəldikdə isə, bu hal exopraksiya adlanan psixoloji mexanizmlə izah olunur. Bu, başqa bir insanın hərəkətlərinin qeyri-iradi şəkildə təqlid edilməsidir və beyindəki güzgü neyronlarının fəaliyyəti ilə əlaqəlidir.

Həkimin sözlərinə görə, əsnəməyə "yoluxma" empatiya - başqalarının hisslərini anlama və paylaşma qabiliyyəti ilə sıx bağlıdır. İnsanlar arasında emosional əlaqə nə qədər güclü olarsa, əsnəməyə "yoluxm"a ehtimalı da bir o qədər artır. Güzgü neyronları başqa bir şəxsin əsnədiyini müşahidə etdikdə aktivləşir və beyində bu hərəkəti "əks etdirərək" cavab reaksiyası yaradır.

Qeyd olunur ki, dörd-beş yaşdan kiçik uşaqlar adətən əsnəməyə "yoluxmurlar". Bunun səbəbi empatiyaya cavabdeh olan beyin sahələrinin bu yaş dövründə hələ tam inkişaf etməməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
oxu.az

2Mənbələr