Lent az saytına istinadən ain.az xəbər verir.
Rusiyalı baytar həkim Anastasiya Qorelova sağlamlıq problemləri daha çox olan it cinslərini açıqlayıb.
Lent.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
"Hazırda maltipu cinsi populyardır, lakin onlar olduqca tez-tez xəstələnirlər", - deyə həkim qeyd edib.
Anastasiya Qorelovanın sözlərinə görə, maltipular əsasən mədə-bağırsaq traktı problemlərindən əziyyət çəkirlər.
Onun təcrübəsinə görə, taksalar da zəif sağlamlıqları ilə fərqlənirlər. Bu cinsin xəstəlikləri adətən bellərinin quruluşu ilə əlaqədar onurğa problemləri ilə bağlı olur. Həkim xəbərdarlıq edib ki, buldoqların yastı ağız quruluşu səbəbindən tez-tez nəfəs problemləri ortaya çıxır.
Anastasiya Qorelova problemli cinslər arasında, həmçinin alman çoban itlərini də qeyd edib. Onun sözlərinə görə, bu itlər tez-tez oynaq ağrılarından əziyyət çəkirlər. Həkim əlavə edib ki, İrlandiya canavar itlərinin də ağciyərləri zəif ola bilər.
Eyni zamanda, Yorkşir teryerləri və çihuahualar da tez-tez xəstələnirlər. Lakin baytar bildirib ki, buna baxmayaraq, bu cinslər uzun ömür yaşayırlar. Düzgün seçilmiş terapiya ilə onların ömrünü 20 ilə qədər uzatmaq mümkündür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.