AZ

ABŞ də ilk autizmli Barbi kuklası satışa çıxarılıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Barbi" kuklalarını istehsal edən ABŞ-nin "Mattel" şirkəti autizm spektr pozğunluğu olan insanı imitasiya edən oyuncaq istehsal edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib.

Şirkətdən bildiriblər ki, bu yeni məhsul daha çox uşağın "özünü Barbi kimi görməsinə" və bütün uşaqları ətrafdakı dünyanı əks etdirən kuklalarla oynamağa təşviq etməsinə dəstək üçün hazırlanıb.

Kuklanın gözləri bir qədər yanda yerləşdirilib və bu, sözügedən xəstəlikdən əziyyət çəkən insanların birbaşa göz təmasından qaçdığını əks etdirir. O, həmçinin parçanın "dəri" ilə təmasını minimuma endirmək üçün geniş geyimlər geyinib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
2
oxu.az

3Mənbələr