AZ

Böyük Britaniya Baş naziri Grok u nəzarətə götürmək ilə hədələyib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Böyük Britaniya Baş naziri Kiri Starmer, "Grok" adlı süni intellekt əsasında işləyən chatbot-a nəzarət etmək üçün "X" platforması tərəfindən heç bir tədbir görülmədiyi halda, özlərinin nəzarəti həyata keçirəcəklərini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə hökumət başçısı, özünün rəhbərlik etdiyi Leyborist Partiyasının deputatları ilə keçirilən görüşdə bəyan edib.

"Əgər "X" platforması "Grok"a nəzarət edə bilmirsə, biz bunu edəcəyik və bunu sürətlə edəcəyik, çünki əgər zərər vermək və zorakılıq üzərində gəlir əldə edirsinizsə, özünüzü tənzimləmək hüququnu itirirsiniz", – deyə Starmer bildirib. "İcazə verin, çox aydın deyim: biz buna dözməyəcəyik, çünki dünyadakı qeyri-sabitlik və çətinliklərdən asılı olmayaraq, bu hökumət öz dəyərlərinə uyğun hərəkət edəcək. Biz güclü qarşısında zəifləri müdafiə edəcəyik", – deyə o əlavə edib.

Baş nazir bu bəyanatını 12 yanvarda verib, eyni gündə Böyük Britaniya media tənzimləyicisi "Ofcom", "Grok" tərəfindən yaradılan şəkillərlə bağlı "X" platformasında araşdırma başladıb. Chatbot, Elon Mask tərəfindən təsis edilmiş "xAI" şirkəti tərəfindən yaradılıb və o, "X" platformasının da sahibidir.

Daha sonra Elm, İnnovasiyalar və Texnologiyalar üzrə nazir Liza Kendal bildirib ki, Böyük Britaniya razılıq olmadan intim şəkillərin yaradılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək. Bu qanun, həmçinin belə tətbiqləri yaradan şəxslərə də şamil olunacaq və bu həftə qüvvəyə minəcək.

"The Daily Telegraph"qəzetinin məlumatına görə, Londonda narazılığa səbəb olan məsələlərdən biri, "X" platformasında inteqrasiya olunan chatbotun istifadəçilərin tələbi ilə qadınlar və uşaqlarla bağlı açıq şəkillər yaratmasıdır. Qəzetin qeyd etdiyinə görə, bu "dərin saxtakarlıq" (deepfake) halları artıq Böyük Britaniya taxtının varisi olan Uels şahzadəsi Ketrin (Midleton), britaniyalı məşhurlar, nazir kabinetinin üzvləri və deputatlar arasında yayılıb.

Londondan gələn narazılıqlara cavab olaraq, Mask, Britaniya hökumətini internetdəki şərhlərə görə çoxsaylı həbs etdirilmələrə görə "fascist" adlandırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
bizimyol.info

1Mənbələr