Kuril adaları yaxınlığında 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34 - red.) olub.
Zəlzələlər Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda, dəniz dibinin 49 kilometr dərinliyində qeydə alınıb.
Qeyd olunur ki, sözügedən şəhərdə yeraltı təkanlar Rixter şkalası üzrə iki bal gücündə hiss edilib.