AZ

Saat 10:00-da işıq kəsiləcək

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Seçilən
28
33
publika.az

10Mənbələr