Basketbol üzrə Azərbaycan Kubokunda mübarizə başlayır.
Offsideplus.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin iki oyunu baş tutacaq.
Saat 17:00-da "Naxçıvan" - "Quba", 3 saat sonra isə "Neftçi" - "Lənkəran" oyunları keçiriləcək.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Sabahkı iki oyundan sonra bütün 1/4 finalçılar məlum olacaq: "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt".
Növbəti mərhələnin oyunları 18-22 fevral tarixlərində olacaq.