Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 15 yanvar 2026-cı il tarixindədövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr)aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə(inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğunvəzifələr üzrə test imtahanları keçiriləcək.
Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır.Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlərimtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılışvərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olansaat və digər zəruri məlumatlar göstərilib.
İmtahanlara qeydiyyat 2025-ci il dekabrın 19-dan 2026-cı ilyanvarın 4-dək aparılıb və bu müddət ərzində 1489 namizəd ərizətəqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərDİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı vəNaxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanlarınkeçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 16 zal admini, 97nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.