AZ

Federasiya Şurası Trampın Qrenlanda marağının səbəblərini açıqlayıb

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinin səbəblərinə aydınlıq gətirib.

Editor.az xəbər verir ki, Puşkov Telegram kanalında yaydığı açıqlamada bildirib ki, Amerika Birləşmiş Ştatları artıq qlobal hegemonluq qurmaq imkanına malik deyil.

Senatorun sözlərinə görə, Donald Trampın atdığı addımlar qlobal çoxqütblü dünya nizamının formalaşdığı bir dövrdə ABŞ-ın xarici siyasətini “yenidən milliləşdirmək” cəhdindən xəbər verir. Puşkov Bəyaz Sarayın seçdiyi bu yolu “eqoist imperializm” kimi xarakterizə edib.

Federasiya Şurasının üzvü qeyd edib ki, ABŞ lideri “Öncə Amerika!” şüarını digər ölkələrə “demokratiya ixracı”, müttəfiqlik öhdəlikləri və beynəlxalq hüquq prinsiplərindən daha üstün tutur. Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının İkinci Dünya müharibəsindən sonra olduğu kimi dünyanı “Amerika modelinə uyğun” yenidən qurmaq niyyəti yoxdur.

Puşkov vurğulayıb ki, ABŞ üçün qlobal hegemonluq artıq real deyil. Bununla belə, Donald Tramp Qərb yarımkürəsini rəqiblər və düşmənlər üçün keçilməz bir “qalaya” çevirməyi qarşısına məqsəd qoyub.

Senator Tramp administrasiyasının bu planlarının nə dərəcədə real olmasının isə “ayrı bir sual” olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr