Onkoloq Maqomed İmanşapiyev xərçəng zamanı yarana biləcək beş sağlamlıq problemini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, hansı əlamətlər ortaya çıxarsa, təcili müayinədən keçməyin vacib olduğunu life.ru-ya müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, ilk narahatedici simptom gecə saatlarında güclənən, quru və ya bəlğəmli, uzunmüddətli öskürəkdir. Bir çox insanlar bunu adi soyuqdəymə və ya respirator virus infeksiyası əlaməti kimi qəbul edir. Lakin mütəxəssis qeyd edib ki, uzun sürən öskürək ağciyər xərçənginin də göstəricisi ola bilər.
Onkoloq bağırsaqların fəaliyyətində davamlı dəyişikliklər olduqda da həkimə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, qəbizliyin ishal ilə növbələşməsi, bağırsağın tam boşalmadığı hissi bəzi hallarda yoğun bağırsaqda böyüyən şişlə əlaqəli ola bilər. Eyni zamanda, anusdan qanaxma və nəcisdə qan qarışığı həm babasilin, həm də düz bağırsaq xərçənginin əlaməti ola bilər.
Aytəkin TOFİQQIZI