AZ

Turizm sektorunda təhlükə: pulsuz istirahət edən dələduzlara qarşı hansı addımlar atılır?

Bakı.Trend:

Azərbaycanda turizm sektorunda müşahidə olunan son tendensiyalarciddi narahatlıq doğurur. Son vaxtlar bu sahədə dələduzluqhallarının artması həm turizm şirkətlərini, həm də səyahət etməkistəyən vətəndaşları risk qarşısında qoyur. Xüsusilə tur paketlərivə aviabiletlərin satışı adı altında aparılan saxta maliyyəəməliyyatları, təqdim edilən qəbz şəkilləri və gerçəkliyi olmayanbank köçürmələri sektorda ciddi problemlər yaradır. Müştərininetimadını itirməmək və mümkün qiymət artımlarının qarşısını almaqməqsədilə operativ qərarlar verən şirkətlər çox vaxt sonradanödənişin əslində həyata keçirilmədiyini aşkar edirlər. Bu cürhalların getdikcə çoxalması turizm sahəsində formalaşmış etibarmühitinə zərbə vurur, eyni zamanda dələduzluğun həm “müştəri”, həmdə “şirkət” adı altında müxtəlif formalarda yayıldığını göstərir.Belə vəziyyət turizm sektorunda daha ciddi nəzarət mexanizmlərinəvə maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu bir daha gündəməgətirir.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm AgentlikləriAssosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki,assosiasiyasının 300-ə yaxın üzvü fəaliyyət göstərir və üzvlərseçiləndə onların şəffaflığı, sağlam iş aparmaları və bütün işlərdəməsuliyyət hissi qiymətləndirilir:

“Müştəri ilə turizm şirkəti arasında müqavilə münasibətləriqurulmalıdır. Bu halda hansı tərəfin doğru və ya səhv etdiyi ortayaçıxa bilər. İkinci bir tərəfdən, şirkətlər də diqqətliolmalıdırlar. Bank hesabına tam ödəniş daxil olduqdan sonramüştəriyə turizm sənədləri təqdim edilməlidir. Bu müqavilədə də əksolunmalıdır”.

O qeyd edib ki, bu şəkildə heç bir problem yaşanmaz vədələduzluq etmək istəyənlər də çəkinərlər.

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə isə Trend-ə açıqlamasındaqeyd edib ki, son dövrlərdə turizm sektorunda müşahidə olunan bucür dələduzluq halları klassik saxta ödəniş sxeminin daha peşəkarformada tətbiqidir. Dələduzlar psixoloji təsir və zaman amilindənustalıqla istifadə edirlər:

“Müştəri qismində çıxış edən şəxs qısa müddət ərzində tur paketisifariş edərək şirkəti tələsdirir, ödəniş etdiyini bildirir vəqəbzin fotosunu təqdim edir. Bu qəbzlər əksər hallarda yasaxtalaşdırılmış olur, ya da ləğv edilmiş və yaxud icra olunmamışbank köçürmələrinə aid edilir. Əsas risk isə ondan ibarətdir ki,bəzi turizm şirkətləri bank sistemində mümkün gecikmələri nəzərəalaraq faktiki balans yoxlaması aparmadan, öz vəsaitləri hesabınabronlaşdırmanı həyata keçirirlər. Nəticədə dələduz heç bir realödəniş etmədən tur paket əldə edir. Bu hallarda əsas problemtexniki boşluqdan deyil, insan amilindən və daxili nəzarətmexanizmlərinin yetərincə güclü olmamasından irəli gəlir”.

Ekspert qeyd edib ki, dələduzluq halları iki istiqamətdə artıb.Bir qrup şəxs tur şirkəti adı ilə vətəndaşları aldadır, digər qrupisə müştəri adı altında birbaşa şirkətlərin özünü hədəf alır.

“Bu da onu göstərir ki, problem təkcə fərdi ehtiyatsızlıqdanqaynaqlanmır, daha çox sistemli kiberdələduzluq tendensiyasındanxəbər verir. Kibertəhlükəsizlik baxımından turizm şirkətlərinətövsiyə olunur ki, hesaba real vəsait daxil olmadan heç birrezervasiya və ya ödəniş əməliyyatı icra edilməsin. Yalnız bankdanrəsmi təsdiq alındıqdan və onlayn bank balansı dəqiq yoxlanıldıqdansonra əməliyyat həyata keçirilməlidir.

Eyni zamanda, əməkdaşlar bu cür sosial mühəndislik üsullarıbarədə mütəmadi şəkildə maarifləndirilməli, daxili maliyyə nəzarətvə yoxlama prosedurları daha da sərtləşdirilməlidir. Əks halda, butip halların artması təkcə maddi itkilərə deyil, həm də şirkətlərinreputasiyasına ciddi zərbə vuraraq turizm sektoruna olan ümumietimadı sarsıda bilər”, - deyə o əlavə edib.

Seçilən
59
2
az.trend.az

3Mənbələr