AZ

Yəhudi professor: "İsrail Fələstini məhv etmək üçün dünyanın fikrini İrana yönəldir"

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq münasibətlər üzrə aparıcı sima, Çikaqo Universitetinin professoru Con Mirşaymer İsrailin regional strategiyasına qarşı sərt tənqidlər səsləndirib. Mirşaymer iddia edir ki, İsrail bilərəkdən İranla münaqişəni qızışdırır və ABŞ-ı bu məsələyə cəlb etməyə çalışır.

Hafta.az yazır ki, yəhudi professor, İsrailin İranla gərginliyi artırmasının əsl motivasiyasının "strateji yayındırma" olduğunu irəli sürür. Professorun təhlilinə görə, qlobal ictimai rəy İranla potensial böyük müharibəyə yönəldiyi halda, İsrailin Fələstin xalqına qarşı hərəkətləri "gözdən kənarda" qalır.

Mirşaymer iddia edir ki, İsrail Vaşinqton administrasiyasını İrana qarşı hərbi müdaxiləyə məcbur edir və beləliklə, ABŞ vasitəsilə regiondakı ən böyük rəqibini aradan qaldırmağa çalışır.

Sözügedən açıqlamaların ən diqqət çəkən tərəfi "etnik təmizləmə"yə vurğudur. Mirşaymer iddia edir ki, regional müharibənin xaosu fələstinlilərin torpaqlarından qovulması prosesini sürətləndirmək üçün münbit zəmin yaradır.

Böyük bir regional müharibə qorxusu Qəzza və Qərb Sahilindəki humanitar böhranı ikinci dərəcəli məsələyə çevirir. Mirşaymerə görə, bu strategiya sadəcə hərbi müdafiə refleksi deyil, həm də demoqrafik məqsəd daşıyır. Məşhur professor bildirir ki, İsrail beynəlxalq ictimaiyyətin İranla məşğul olduğu bu dövrü "Böyük İsrail" məqsədlərinə çatmaq üçün fürsət pəncərəsi kimi görür.

Seçilən
143
hafta.az

1Mənbələr