AZ

Rusiya ötən il Ukraynada 2400 mülki şəxsi qətlə yetirib Trampın vasitəçiliyə başlamasından sonra...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

2025-ci ildə Rusiya zərbələri nəticəsində Ukraynada mülki itkilər kəskin artıb

2025-ci ildə Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində təxminən 2400 mülki şəxs həlak olub. Bu göstərici əvvəlki illə müqayisədə 30 faiz çoxdur.

“AzPolitika” bildirir ki, bu barədə “Bloomberg” Avropa hökumətlərinin hesabatına istinadən yazır. Məlumata görə, il ərzində təxminən 12 min ukraynalı yaralanıb.

Agentlik qeyd edir ki, mart ayından — ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə mümkün sülh yollarının müzakirəsinə başlanmasından dekabr ayınadək iki mindən artıq mülki şəxs həyatını itirib. Sülh təşəbbüsləri üzrə müzakirələr hələ də davam etsə də, indiyədək real nəticə əldə olunmayıb.

“Bloomberg”in məlumatına görə, 2025-ci ilin ikinci yarısında Rusiya Ukraynaya ayda orta hesabla 5300 pilotsuz uçuş aparatı buraxıb. Bu, 2024-cü illə müqayisədə təxminən beş dəfə çoxdur.

Hesabatda bildirilir ki, il ərzində Rusiya zərbələri nəticəsində Kiyev, Ternopol, Xarkov və Krivoy Roq kimi şəhərlərdə çoxmərtəbəli yaşayış binalarına düşən mərmilər səbəbindən bir neçə dəfə eyni vaxtda onlarla mülki şəxs həlak olub. Ayrı-ayrı hücumlar zamanı ölən və yaralananların sayı xüsusilə yüksək olub.

Ümumilikdə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri təxminən 15 min mülki şəxs həyatını itirib, 40 mindən çox insan yaralanıb. Hesabata əsasən, 758 uşağın ölümü təsdiqlənib, real itkilərin isə daha çox ola biləcəyi istisna edilmir.

Avropalı mənbələr bildiriblər ki, son aylarda hücumların intensivləşməsi Rusiya prezidenti Vladimir Putinin danışıqlarda əlavə təzyiq rıçaqları əldə etməyə çalışdığını göstərir. Mənbələrin fikrincə, Moskva artan zorakılıqla mövqeyini gücləndirməyə çalışır.

Kreml“Bloomberg”insorğusunacavabverməyib.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
azpolitika.info

1Mənbələr