AZ

Onlar tərbiyəsiz ifaçılardırlar, bədənini nəyə görə düzəltdirirsən? - Ofeliya Şabanova

"Mənə dedilər ki, ailədən çox danışırsınız. Söylədim ki, "ərim mənə xəyanət edib və mən də edəcəyəm" demədim ki. Axı bu kəlmələrdən danışmamışam, belə ifaçı olmamışam. Demirəm ki, bədənim belədir, efirə açıq-saçıq gələcəyəm. Mən ağzıma gələni oxuyan ifaçı deyiləm, kimisə təhqir edən olmamışam, məni niyə qəbul etmirsiniz?!"

Ölkə.Az-ın məlumatına görə, bunu müğənni Ofeliya Şabanova yutubda yayımlanan "Səidə Bəkirqızına Bax Da"nın efirində deyib.

"Bəlkə, gənc xanımlar baxıb deyəcək ki, Ofeliya xanım bunu deyirsə, - xoşbəxt xanımam, çox şükür - deməli, xoşbəxt olmaq üçün belə olmaq lazım imiş. Mən axı cəmiyyəti maarifləndirən sözlər deyirəm. Tərbiyəsiz ifalar etmirəm. Bəli, həmişə deyirəm ki, əcaib mahnılar oxuyanlar tərbiyəsiz ifaçılardırlar. Birbaşa deyirəm, siz tərbiyəsiz ifaçılarsınız. Siz geyiminizi bilmirsiniz. Hamısına şamil etmirəm. Özləri bilirlər. Bədənini nəyə görə düzəltdirirsən? Deməli, sponsor tapmaq üçün kiməsə göstərirsən. Elə bir özəlliyim yoxdur, 43 kiloyam. İndi saç-baş da ki qıvrımlanıb çıxırıq efirə insanlara xoş təsir edək - xanımlara. Mən saçımı heç kəs üçün etməmişəm. Sadəcə yoldaşımın bəyəndiyi saç düzümü olduğu üçün belə edirəm", - deyə sənətçi bildirib.

Ölkə.Az

Seçilən
44
1
olke.az

2Mənbələr