Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-dən APA-ya verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.*
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.