Bakı. Trend:
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinəqarşı növbəti əməliyyat keçirilib.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumatyayıb.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərovşübhəli şəxs qismində saxlanılıb.
Bildirilir ki, ondan 6 kiloqram marixuana, 470 qram tiryək və355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraqgötürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədiləəldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.