AZ

Kiyevdə partlayışlar qeydə alınıb

Paytaxtla yanaşı bir sıra vilayətlərdə hava həyəcanı elan olunub...

Poliqon xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə bir neçə partlayış baş verib. Ukraynanın “Fokus” nəşrinin məlumatına görə, hadisə zamanı şəhərin müxtəlif ərazilərində güclü səslər eşidilib.

Ukraynanın “Strana.ua” adlı Telegram kanalı isə partlayış səslərinin Kiyev vilayətinin Brovari şəhərində də duyulduğunu bildirib. Hadisənin detalları və mümkün dağıntılar barədə rəsmi açıqlama verilməyib.

Qeyd olunur ki, hazırda Ukraynanın paytaxtında, eləcə də Vinnitsa, Jитомir, Kiyev, Kirovoqrad, Poltava, Sumi, Xarkov və Çerniqov vilayətlərində hava həyəcanı siqnalı aktivdir. Yerli hakimiyyət orqanları sakinləri sığınacaqlara getməyə çağırıb.

Ukrayna KİV-ləri xatırladır ki, bu gecə ölkənin cənubunda yerləşən Odessa şəhərində də partlayışlar qeydə alınıb. Bundan əvvəl isə respublikanın cənub-şərqində yerləşən Pavloqrad şəhərində oxşar hadisələr baş vermişdi. Təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr