Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili futbol sahəsində bərabərlik hüququnun qorunmasına dair apardığı monitorinqi təqdim edib.
QHT.az xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, hesabat təkcə idman mühitini yox, insan hüquqları prinsiplərinin cəmiyyətdə necə təzahür etdiyini göstərən institusional göstəricidir:
"Sənəd ayrı-seçkilik və irqçilik hallarını obyektiv şəkildə təqdim edir, həm milli qanunvericilik, həm də beynəlxalq standartlarla inteqrasiya olunur. Tövsiyələr cərimələrdən çox maarifləndirmə və azarkeş mədəniyyətinin inkişafına yönəlib, Ombudsman institutunun futbolu dialoq və maarifləndirmə platforması kimi qəbul etdiyini göstərir. Monitorinq həm futbol ictimaiyyəti, həm də ümumi ictimai davranış mədəniyyəti üçün önəmli bir referansdır".