Salyan sakini alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə şikayət edib.
NOCOMMENT.az xəbər verir ki, rayon sakini Göyçəyeva Zemfira Samid qızı alimentin uzun müddət icra olunmaması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib.
Şikayətçi bildirir ki, 2021-ci ildə Şirvan Şəhər Məhkəməsinin keçmiş həyat yoldaşı Göyçəyev Anar Zakir oğlu barəsində çıxardığı aliment qərarı icra olunmur, bu müddət ərzində isə cəmi 100 manat ödəniş edilib.
Onun sözlərinə görə, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun gəlirlərinin və əmlakının müəyyən edilməsi, məcburi icra tədbirlərinin görülməsi təmin olunmayıb.
Zemfira Göyçəyeva nazirlikdən aliment borcunun tam hesablanmasını, icra məmurunun hərəkətsizliyinə qiymət verilməsini və iş üzrə təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edib.