Tarixi devalvasiya: İran rialı dəyərini sürətlə itirir
Ajans.az xəbər verir ki,iqtisadi vəziyyətin pisləşməsi ölkədə sosial gərginliyi daha da artırır. Məlumata görə, 28 dekabr 2025-ci ildən etibarən rialın sürətli ucuzlaşması fonunda etirazlar yenidən alovlanıb. Bu proses yüzlərlə insanın ölümü və minlərlə vətəndaşın həbs edilməsi ilə nəticələnib. Valyutanın rekord səviyyədə dəyərdən düşməsi inflyasiyanın daha da yüksəlməsinə səbəb olub. Ərzaq məhsulları və əsas istehlak mallarının qiymətlərində ciddi artım müşahidə olunur ki, bu da əhalinin gündəlik həyatını son dərəcə çətinləşdirir. Analitiklər bildirirlər ki, mövcud iqtisadi və siyasi şərait dəyişmədiyi təqdirdə rialın vəziyyətinin yaxın dövrdə stabilləşməsi real görünmür. 