AZ

Portuqaliya klubu "Qarabağ"dan 3 milyon avro tələb edir

BAKI, 13 yanvar. TELEQRAF

Portuqaliyanın "Akademiko" klubu "Qarabağ"ın transfer hədəflərindən olan futbolçusu Andre Klovisin qiymətini müəyyənləşdirib.

Teleqraf məşhur insayder Felipe Silvaya istinadən xəbər verir ki, Vizeu təmsilçisi braziliyalı hücumçu üçün 3 milyon avro tələb edir.

28 yaşlı forvardla "Qarabağ"la yanaşı, Çinin "Uhan Fri Tauns" klubu da maraqlanır.

Qeyd edək ki, Andre Klovis 2025-ci ilin yayından "Qarabağ"ın transfer siyahısında yer alır. O, cari mövsümdə meydana çıxdığı 20 oyunda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
87
1
teleqraf.com

2Mənbələr