AZ

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenidən tərtibatı  və təkmilləşdirilmiş formada çapı illərdir yubanır. Hələ 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən lüğətin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanıldığı, həmçinin təkmilləşdirilmiş formada yeni lüğətin çap olunması nəzərdə tutulmuşdu. Amma 4 il keçməsinə baxmayaraq bu məsələ ilə bağlı yenilik yoxdu.Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, Orfoqrafiya lüğəti bu ilin plannındadır və çap olunacaq:“Bu çox böyük məsələdir. Lüğət ictimai müzakirəyə verilməyəcək və institut daxilində müzakirə olunacaq. Bu il çap olunacaq, amma belə tələm-tələsik olmaz. Çünki cənab Prezidentin noyabrın 3-də Dilçilik İnstitutununda görüşündə, yanvarın 5-də milli televiziyalara verdiyi müsahibəsində bəzi məsələlər oldu ki, biz onlara daha diqqətlə yanaşmalıyıq. Orada ola bilər ki, artıq sözlər var və onları çıxdaş edəcəyik, yenidən baxıb tənzimləyəcəyik”, - deyə Nadir Məmmədli əlavə edib.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
125
2
bizim.media

3Mənbələr