AZ

Avropa klubları “Fənərbaxça”nın ulduzuna elçi düşdü

Avropa klubları “Fənərbaxça”nın futbolçusu İsmayıl Yüksekin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, bir sıra klublar uğurlu oyun nümayiş etdirən futbolçunu transfer etmək istəyir. Məlumata görə, “Olimpik Marsel” və “Olimpik Lyon” İsmayıl Yükseki transfer etməkdə maraqlıdır. İsmayıl Yükseklə maraqlanan klublar arasında “Ştutqart” və “Brayton” klublarının da olduğu vurğulanıb. Avropa klublarının marağına baxmayaraq, “Fənərbaxça” futbolçunun mövsümün fasiləsində klubdan getməsinə razılıq verməyib.

Qeyd edək ki, İsmayıl Yüksek bu mövsüm "Fənərbaxça"da 24 oyunda iştirak edib. Yarımmüdafiəçi bu matçlarda 1 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib.

Seçilən
110
metbuat.az

1Mənbələr