Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Əbu-Dabidədəki hazırlıq çərçivəsində Misir təmsilçisi "Piramids" ilə gücünü sınayacaq.
Paytaxtın "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
"Neftçi" ilk sınaq matçında Qazaxıstan "Kayrat"ına 3:0 hesabı ilə qalib gəlib. Yuri Vernudubun baş məşqçisi olduğu paytaxt təmsilçisi növbəti yoxlama görüşünü yanvarın 16-da keçiriləcək. Son oyunda rəqib Çinin "Çenqdu Ronqçenq" komandası olacaq.