AZ

İtaliya Orta Dəhlizlə əlaqəli layihələrin gerçəkləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır (ÖZƏL)

Bakı. Trend:

İtaliya Orta Dəhlizlə əlaqədar layihələrin həyata keçirilməsindəAzərbaycana dəstək olmağa hazırdır.

Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan HökumətlərarasıKomissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanınXarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini EdmondoÇirielli bildirib.

İtaliyanın Xarici İşlər Nazirinin müavini bildirib ki, CənubiQafqaz və Mərkəzi Asiya Avropa ilə Asiya arasında nəqliyyatmarşrutları üçün əsas regionlara çevrilir.

“Orta Dəhliz Cənubi Qafqazın və Mərkəzi Asiyanın artan stratejiəhəmiyyətini aydın şəkildə nümayiş etdirir və İtaliya hökuməti həmikitərəfli səviyyədə, həm də Aİ-nin Azərbaycanla münasibətləriçərçivəsində bu regionla əməkdaşlığın daha da gücləndirilməsinəqətiyyətlə sadiqdir. Bu baxımdan, İtaliya hökuməti Vaşinqtonsammitinin nəticələrini də nəzərə alaraq, Azərbaycan və Ermənistanarasında münasibətlərin normallaşdırılması üzrə cari prosesi tamdəstəkləyir. Hesab edirik ki, regionda nəqliyyat və logistikalayihələrinin həyata keçirilməsi bu tarixi prosesinmöhkəmlənməsinə, həmçinin Orta Dəhliz marşrutu boyunca yerləşənqonşu ölkələrlə əməkdaşlığın genişlənməsinə müsbət töhfə verəbilər”, – deyə o vurğulayıb.

O vurğulayıb ki, Orta Dəhlizin tam şəkildə özünügerçəkləşdirməsi üçün dəmir yollarına, limanlara, avtomobilyollarına və digər logistika infrastrukturuna əhəmiyyətliinvestisiyalar tələb olunur.

“İtaliya şirkətləri artıq bu layihələrdə, xüsusilə dəmir yolusektorunda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.Hökumətlərarası komissiya həmçinin İtaliyanın Orta Dəhlizlə bağlılayihələrin həyata keçirilməsində Azərbaycana dəstək verməyə hazırolduğunu təsdiqləmək, eləcə də İtaliya şirkətlərinin Azərbaycanbazarına çıxış imkanlarının daha da genişləndirilməsi ilə bağlıgözləntilərimizi ifadə etmək üçün mühüm platforma olacaq”, – deyəÇirielli fikrini tamamlayıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. MarşrutÇindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimiMərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan,Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta DəhlizAsiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən,daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Seçilən
65
1
az.trend.az

2Mənbələr