Bakı. Trend:
İtaliya hökuməti Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsinimaraqla nəzərdən keçirir.
Bunu Trend-ə özəl müsahibəsində İtaliya- AzərbaycanHökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətiləİtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müaviniEdmondo Çirielli bildirib.
Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya,həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətliinfrastrukturdur.
“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonraAzərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi vəRusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritikəhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdanTransadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyardkubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizinikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə ovurğulayıb.
Onun sözlərinə görə, indiyədək əldə olunmuş müsbət nəticələrinəzərə alaraq, İtaliya hökuməti bazar qiymətləndirmələri əsasındavə beynəlxalq maliyyə institutlarının fəal iştirakı ilə Cənub QazDəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementi olanTransadriatik Qaz Boru Kəməri (TAP) Xəzər dənizindəki “Şahdəniz”yatağından çıxarılan təbii qazı birbaşa Avropa bazarlarına nəqledir.Son beş il ərzində bu boru kəməri vasitəsilə Avropaya 54milyard kubmetrdən artıq qaz tədarük olunub.1 yanvar 2026-cı iltarixindən etibarən TAP qazın nəqlinə dair yeni Nəqliyyat Sazişi(GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə gücü təqdim edib.