Rusiyanın “Domodedovo” aeroportu satılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyanın ən böyük hava limanlarından biri hərraca çıxarılır.
Məlumata görə, “Domodedovo” hava limanının satışı yanvarın 20-də baş tutacaq. Hərracın start qiyməti 132,2 milyard rubl (təxm. 3 milyard man) məbləğində müəyyən edilib.
Xatırladaq ki, 2025-ci ildə aeroportun keçmiş sahibləri Kamenşşik və Koqana qarşı cinayət işi açılaraq obyekt milliləşdirilmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə o vaxt hava limanının dövlətə verilməsini “milliləşdirmə yox, çəkişmə (vurnuxma)” adlandırmışdı.
Xuraman Etibarlı
İnterpress.az