
Ulusum.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Texnologiya Universitetində (ATU) iqtisadi məsələlər üzrə rektor müşaviri vəzifəsinə İlham Vəliyev təyin edilib.İqtisad elmləri namizədi, dosent İlham Əli oğlu Vəliyev 1959-cu il oktyabrın 9-da Tovuz rayonunun Əlibəyli kəndində anadan olub.O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisası üzrə məzunudur.Müxtəlif illərdə Sənaye Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və laborant, Bakı İdarəetmə və Texnologiya Kollecində direktor müavini, Azərbaycan Kooperasiya Universitetində prorektor, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin və Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifələrində çalışıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
Doqquz nəfər xəstəxanalıq oldu NIYƏ?
Astroturizm stressin azalmasında yeni yanaşma kimi diqqət çəkir VİDEO
Noxud yeməyin faydaları