AZ

Ekosistem üçün təhlükəli balıq tutublar

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliyada 53 yaşlı balıqçı San-Paulu çayında çəkisi 160 kiloqram, uzunluğu 2,5 metr olan ara paymanı (Arapaima gigas) balığının nadir növünü ovlayıb.

Reyting.az xəbər verir ki, yerli "Diário do Litoral" qəzetinin yazdığına görə, artıq bu böyük və nadir balığın dərisinə, ətinə bazarda sahib çıxmaq istəyənlər onu ən qiymətli balıqlar sırasına daxil ediblər.

Braziliyalı balıqçının balığı satması barədə məlumat verilmir.

Qeyd edək ki, tamamilə qeyri-adi çəkiyə və ölçüyə malik olan payman balığı ilə bağlı alimlərin fikirləri fərqlidir. Mütəxəssislərin fikrincə, balığın bu növü invazivdir və qida zəncirinin zirvəsini tutmaqla, hava, su ilə yaşamağı bacarsa da, ekosistem üçün real təhlükədir.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
reyting.az

1Mənbələr