“Nestle” şirkəti “NAN” markalı bəzi körpə qidası məhsullarını mümkün sağlamlıq riski səbəbilə geri çağırıb...
Bizimesr.az bildirir ki, aparılan yoxlamalar zamanı bəzi partiyalarda ürəkbulanma, qusma və mədə ağrılarına səbəb ola bilən cerevisiae toksini ilə çirklənmə riski aşkar edilib. Bu səbəbdən məhsulların qlobal miqyasda satışdan çıxarılması barədə qərar verilib.
Bildirilib ki, geri çağırılma tədbiri istehlakçıların sağlamlığının qorunması məqsədi daşıyır və yalnız müəyyən partiyalara şamil olunur. Hazırda aidiyyəti qurumlar və rəsmi distribyutorlar vasitəsilə sözügedən məhsulların bazardan yığılması prosesi davam etdirilir.
Şirkət valideynlərə xəbərdarlıq edərək qeyd edib ki, geri çağırılan partiyalara aid məhsullar istifadə edilməməli, satış nöqtələrinə qaytarılmalıdır.
Poliqon.info