AZ

“Azərbaycan bütün variantlara hazır olmalıdır”: Koffinin mesajı təsadüf hesab edilə bilməz

“ABŞ-də tanınmış təhlükəsizlik analitiki Lyuk Koffi ciddi bir analitikdir və onun bölgə ilə bağlı mesajı diqqətçəkəndir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Lyuk Koffinin Azərbaycan bayrağı fonunda “Be prepared” (Hazır olun) mesajını şərh edərkən bildirib.

Onun sözlərinə görə, həm də Vaşinqton administrasiyasına yaxın olan qeyd edib Koffinin bu mesajı təsadüf hesab edilə bilməz:

“Bu, Azərbaycana açıq bir çağırışdır. Ölkəmizin yerləşdiyi coğrafiyanı, o cümlədən qonşularımızda baş verən proseslərin tam kulminasiya nöqtəsini və məlum mesajın verilmə məqamını nəzərə alsaq, bu mesajı Azərbaycanın baş verən geosiyasi risklərə hazır olması çağırışı kimi oxumalıyıq”.

Əziz Əlibəyli: Azərbaycana edilən çağırışlar kifayət qədər siyasi, tarixi, ideoloji və hərbi aspektləri özündə əks etdirir

Ə.Əlibəyli hesab edir ki, ABŞ-nin Azərbaycana olan münasibətlərinin, xüsusən 8 avqustda Vaşinqton zirvəsindəki görüşdən sonra qərarlaşdırılmış mühüm bir hissəsi var:

“Bu hissə Azərbaycanla ABŞ arasında əməkdaşlıq xartiyasının 6 ay ərzində hazırlanıb, imzalanması və Azərbaycan - Amerika münasibətlərinin mühüm strateji tərəfdaşlıq nöqtəsinə daşınması kimi vacib mərhələni əhatə edir. Bütün bunlara diqqət yetirəndə, aydın müşahidə olunur ki, geosiyasi istiqamətdəki çağırışların edilməsi təsadüfi deyil. Azərbaycanın güclü və sülhqurucu dövlət olmasını da nəzərə almalıyıq”.

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycan bütün variantlara hazır olmalıdır:

“Azərbaycana edilən çağırışlar kifayət qədər siyasi, tarixi, ideoloji və hərbi aspektləri özündə əks etdirir. Bu siqnalları anlamaq mümkündür. Bütün hallarda Azərbaycan İranla bağlı baş verən hadisələrə hazır olmalıdır”.

Qeyd edək ki, ABŞ-da tanınmış təhlükəsizlik analitiki Lyuk Koffi “X” platformasında Azərbaycan bayrağı fonunda “Be prepared” (Hazır olun) sözlərini paylaşıb. Hudson İnstitutunun aparıcı tədqiqatçısı olan Koffi Avropa, Avrasiya və NATO üzrə Vaşinqtonda təsirli ekspertlərdən sayılır. Onun bu paylaşımı regionla bağlı mümkün proseslərə işarə və geosiyasi mesaj kimi dəyərləndirilir.

Aydın Baxış

Seçilən
42
1
bakivaxti.az

2Mənbələr