Qəbələ, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2025-ci ildə Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 95 min 607 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 47 min 252 nəfəri və ya 49,4 faizi Azərbaycan, 48 min 355 nəfəri və ya 50,6 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən il Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında əvvəlki illə müqayisədə 8 min 115 nəfər və ya 20,7 faiz artım, əcnəbi turistlərin sayında isə 14 min 613 nəfər və ya 23,2 faiz azalma qeydə alınıb.
2025-ci ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, keçən il bu ölkənin 15 min 830 vətəndaşı Qəbələdə olub.
Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 10 min 30, Birləşmiş Ərəb Əmirliklərindən 6 min 84, Pakistandan 3 min 138, İsraildən 1964, Küveytdən 1601, Qətərdən 1191, Rusiyadan 844, Omandan 401, Özbəkistandan 368, Türkiyədən 366, ABŞ-dan 308, Qazaxıstandan 281, Böyük Britaniyadan 251, Bəhreyndən 148, Ukraynadan 127, Yaponiyadan 124, Çindən 103 turist səfər edib. Gələnlərin 5196 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Ötən il Qəbələ rayonu ərazisində yerləşən 22 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 123,8 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 1082 işçi çalışıb.