Bakı, 13 yanvar, AZƏRTAC
BMT-nin təşəbbüsü ilə bu həftə dünyanın aparıcı maliyyəçiləri rifah və inkişaf meyarı kimi ÜDM-dən imtina olunması məsələsini müzakirə edəcəklər. AZƏRTAC bu barədə təşkilatın məlumatına istinadla xəbər verir.
Baş katib Antonio Quterreşin BMT-nin Ticarət və İnkişaf Agentliyi (UNCTAD) və digər tərəfdaşlar tərəfindən dəstəklənən “ÜDM-dən kənarda” təşəbbüsü çərçivəsində qlobal siyasətin Qlobal Daxili Məhsul məlumatlarından həddindən artıq asılı olması barədə xəbərdarlığını aparıcı iqtisadçılar da qəbul edirlər.
Baş katib bildirib: “Hər gün inkişafın iqtisadi, sosial və ekoloji ölçülərini tarazlaşdıra bilmədiyimizin ağır nəticələrinin şahidi oluruq. ÜDM-dən kənara çıxmaq indi və gələcəkdə hər kəs üçün vacib olan amillərə - insan rifahına dəyər verən iqtisadi sistem qurmaq üçün vacibdir”.
Bir çox yüksəkvəzifəli iqtisadçı da onun bu fikri ilə tazıdır. Onlar hesab edirlər ki, ÜDM həyatı dəstəkləyən və insanların rifahına töhfə verən fəaliyyətlərdən daha çox planeti tükəndirən işlərin təqdir edilməsi vasitəsinə çevrilib. Yəni, burada bəşəriyyətin gələcəyi üçün mühüm olan amillər arxa plana atılır.
Yüksək Səviyyəli Ekspert Qrupunun bəyanatında qeyd olunur ki, bu gərginlik iqlim dəyişikliyi, pisləşən ekosistemlər və biomüxtəlifliyin itirilməsi, artan münaqişələr, ərzaq təhlükəsizliyi və tarixi bərabərsizliklər kontekstində getdikcə daha da kəskinləşir.
Bu həftənin sonunda Cenevrədə keçiriləcək müzakirələr ekspert qrupunun ötən ilin may ayında təsis edildiyi vaxtdan bəri ikinci görüşü olacaq; onun məqsədlərinə qlobal idarəetməni daha inklüziv və effektiv etmək daxildir. Qrupun həll etməli olduğu çətinliyi qeyd edən iqtisadçılar bildirirlər ki, müasir dünyada rifah və inkişaf amilləri ÜDM meyarı ilə uyğun gəlmir.
Müzakirələrə ondan çox tanınmış iqtisadçı, o cümlədən Nobel Mükafatı laureatı Cozef Stiqlitz, hind iqtisadçısı Kauşik Basu və kapital üzrə ekspert Nora Lustiq daxildirlər.