Bakı, 13 yanvar, AZƏRTAC
Son illərdə xanımları prokurorluq orqanlarına daha çox işə qəbul edirik. Bunun da bir neçə fərqli səbəbləri var. Belə ki, Hüquq fakültəsində təhsil alan xanımların sayı ildən-ilə çoxalır. Həmçinin prokurorluq orqanlarında işləmək arzusunda olan xanımların sayı da çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxış edərkən deyib.
Kamran Əliyev qeyd edib ki, hazırda prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır. Onlardan da 12-si rəhbər vəzifələrdə fəaliyyət göstərir.