AZ

Ramuş hakimlərdən narazı qalıb

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

PSJ-nin futbolçusu Qonsalu Ramuş Fransa Kubokunda “Paris”ə uduzduqları (0:1) 1/16 final matçından sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan hücumçu oyunun hakimlərindən narazılıq edib:

“Komanda öz oyununu oynadı, çox çalışdı və yaxşı futbol göstərdi. Lakin hakimlər oyunun gedişinə imkan vermirdi. Rəqib kobud oynasa da, referi heç nə etmirdi, sakit qalırdı. Oyunun əvvəlindən sonuna qədər onların istədiyi kimi oynamasına şərait yaratdı. Bura futbol oynamaq üçün gəlmişik, belə şeylər xoşagəlməzdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
futbolpress.az

1Mənbələr