AZ

Tanınmış futbolçu Braziliyada klubunu dəyişməyə hazırlaşır

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Atletiko Mineyro”nun futbolçusu Halk klubunu dəyişməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “Fluminense” 39 yaşlı hücumçunun transferi üçün danışıqlar aparır. Bu barədə “Globo” nəşri məlumat yayıb. Halk özü də klubunu dəyişməyə müsbət yanaşır.

Hücumçu 2021-ci ilin yanvarından “Atletiko Mineyro”da çıxış edir. O, 287 matçda 135 qol vurub, 53 məhsuldar ötürmə edib.

Halk daha əvvəl “Portu”, “Zenit” kimi klubların formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
futbolpress.az

1Mənbələr