ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda elektrikli avtomobil sürən şəxsin narazılığı ilə bağlı çəkdiyi video gündəm olub.
Avtosfer.az xəbər verir ki, elektromobilini şarj edən sürücü bildirir ki, avtomobilin dolması üçün gündə iki saat, bəzən isə iki saat yarım vaxt itirirlər və qalan vaxt da demək olar ki, yollarda keçir.
Sürücü bu vəziyyətə etiraz edərək bunun normal həyat tərzi olmadığını deyib. “Bu yaşayış deyil. Maşını şarja taxırsan və iki saat, iki saat yarım gözləməli olursan. Sonra da bu maşınlara “ekonom” deyirlər. Maraqlıdır, bu necə ekonomdur?” – deyə o narazılığını ifadə edib.
Sürücünün sözlərinə görə, uzunmüddətli şarj prosesi gündəlik iş rejimini pozur, vaxt itkisinə səbəb olur və elektrikli avtomobillərin real istifadəsini ciddi şəkildə çətinləşdirir.
Eltac Zülfüqaroğlu
Oxunub 24
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.