AZ

Rusiyada doğum evində doqquz körpə ÖLÜB

Ajans.az TASS agentliyinə istinadən xəbəer verir ki, hazırda bölgədə genişmiqyaslı araşdırma aparılır. Səhiyyə Nazirliyinin xüsusi komissiyası vəziyyəti qiymətləndirmək və gələcəkdə oxşar halların qarşısını almaq məqsədilə doğum evinə baş çəkib. Nazir izah edib ki, istintaq başa çatdıqdan sonra rəsmi məlumat açıqlanacaq. Əvvəllər Kemerovo vilayətinin Səhiyyə Nazirliyi 9 yanvar tarixindən Novokuznetsk doğum evinin karantinə alındığını bildirirdi. Hadisə barədə məlumat ilk dəfə 13 yanvarda yayılıb. Qeyd olunur ki, Yeni il tətilləri zamanı doğum evində altı yeni doğulmuş körpə ölüb. Vəziyyətlə tanış olan mənbələr əlavə körpələrin də həyatını itirmiş ola biləcəyini istisna etmirlər. Körpələrin ölüm səbəbləri hələ aparılan tibbi müayinələr zamanı müəyyən ediləcək.

 

Seçilən
93
Ajans.az

1Mənbələr