AZ

Premyer Liqa klublarına qapı bağlandı – Heyət Qorunacaq!

Azərbaycan I Liqasında çıxış edən MOİK klubu heyətini qorumaqda israrlıdır.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik futbolçularını buraxmaq niyyətində deyil. Belə ki, komandanın əsas üzvlərinindən olan – Sərxan Fərəcov və Mehrac Baxşalı Premyer Liqa klublarının hədəflərindədir. 

Adıçəkilən oyunçulardan birini “İmişli”, digərini isə “Karvan” transfer etmək istəyirdi. Ancaq rəhbərlik buna izn verməyib. 

Baş məşqçi İlham Yadullayev heyətini qorumaq istəyir. Bu səbəbdən də komandanın əsas oyunçuları klubdan ayrılmayacaq.

Seçilən
34
idmanxeber.az

1Mənbələr