“Rusiya Ukraynanın Polşa və NATO ilə sərhədə yaxın ərazisini hədəfə alaraq, nüvə silahı daşıya bilən “Oreşnik” ballistik raketinin buraxılışı da daxil olmaqla, Ukraynaya yeni hücumlara başlayıb. Bu, daha bir təhlükəli və izaholunmaz eskalasiyanı ehtiva edir”,- amerikalı diplomat vurğulayıb.
![]() |
| Zelenski:“Rusiya yeni zərbələr hazırlayır” |
“Oreşnik”lərin Ukraynaərazisinə endirdiyi zərbədən sonra Kiyev BMT TŞ-nin iclasının keçirilməsitəşəbbüsü ilə çıxış etmişdi. Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa zərbənin Avropa təhlükəsizliyinə təhdid olduğunu vurğulayaraq, Rusiyanın tanker donanmasına və neft gəlirlərinə qarşı daha sərt tədbirlərin görülməsini tələb edib.
NATO-nun baş katibi Mark Rütte Ukraynaya raket zərbəsini alyansa Kiyevə dəstəyini dayandırması üçün siqnal kimi qiymətləndirib.
Rusiyanın Müdafiə nazirliyi zərbələrin yalnız Ukraynanın hərbi və energetika obyektlərinə, eləcə də əlaqədar infrastruktura endirildiyini iddia edir.
Xatırladaq ki, yanvarın 9-na keçən gecə “Oreşnik” raketi də daxil olmaqla uzaqmənzilli dəqiq silahlardan istifadə etməklə Rusiya Ukraynada kritik infrastruktur hədəflərinə kütləvi zərbələr endirib.
Moskvanın iddiasına görə, bu zərbə Ukrayna tərəfinin ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdinə cavab olub.
Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanın yeni zərbələr hazırladığı barədə xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az
