ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında Suriya ordusunun Hələb əməliyyatları ilə bağlı ilk dəfə danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
Ərdoğan bildirib ki, Hələbin YPG-dən təmizlənməsi Suriyada sülh və sabitlik baxımından mühüm nailiyyətdir.
Onun sözlərinə görə, Hələbdəki proseslər 10 Mart razılaşmasının icrası üçün tarixi fürsət yaradır.
“Türklər, kürdlər və ərəblər arasında qardaşlığın pozulmasına yol verə bilmərik”, – Ərdoğan vurğulayıb.
Prezident həmçinin Suriya hökumətinin inklüziv (əhatəli) yanaşma ilə hərəkət etdiyinə diqqət çəkib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.