AZ

Litva xalqı şəhidlərini anır

Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saat 8:00-da Litvanın ölkəmizdəki səfirliyinin pəncərələrində birlik, anım və zəfər şamları yandırılıb.

Hafta.az yazır ki, səfirlik bu yolla Litvada və dünyada təşkil olunan “Zəfər işığı” vətəndaş təşəbbüsünə qoşulub.

Səfirliyin sosial səhifəsində paylaşılan məlumatda deyilir: “Zamanın dəyişmədiyi şeylər var. Bunlardan biri də 1991-ci il yanvarın 13-nə keçən gecə insanların gözündə yanan həmin işıqdır. Bu işıq onların baxışlarında, təcrübələrində və həyatlarında bu gün də qalır - azadlığın insanlardan başladığını xatırlatma kimi. 35 ildən sonra o işıq hələ də insanların qəlbinə yol tapır. Nəsildən-nəsilə bizimlə səyahət edir, cəmiyyət və ölkə üçün məsuliyyətin bir hissəsinə çevrilir. Azadlıq müdafiəçilərinin cəsarəti azad, demokratik və tərəqqipərvər dövlətin yaradılmasına təşviq edən ilham - daxili alova çevrildi. Azadlıq qoruyub, əzizləyib gələcək nəsillərə ötürdüyümüz müddətcə canlıdır”.

Xatırladaq ki, 1991-ci il yanvarın 13-ə keçən gecə Sovet qoşunları litvalıların azadlıq cəsarətini bğmaq üçün Vilnüsə daxil olaraq qətliam törədib. Əliyalın insanlara açılan atəş nəticəsində 14 nəfər şəhid olub (bir nəfər də sonradan xəstəxənada dünyasını dəşib), mindən çox adam yaralanıb.

Allah bütün şəhidlərə RƏHMƏT ELƏSİN!

Seçilən
36
hafta.az

1Mənbələr