AZ

Bakıda evlər bahalaşdı - Ən çox bu rayonda -FOTO

Bakının rayonlarında ötən il üzrə fərdi yaşayış evlərinin qiymətlərində baş verən dəyişiklik araşdırılıb. 

“Yeni Sabah” Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinindən bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə paytaxtın bütün rayonlarında fərdi yaşayış evləri bahalaşıb.

Ən sürətli qiymət artımı Səbail (24,3%), Sabunçu (23%) və Xəzər (22,2%) rayonlarında qeydə alınıb. Ən zəif artım isə Pirallahı (4,7%) və Qaradağ (5,5%) rayonlarında olub.

Hazırda ən bahalı fərdi yaşayış evləri Bakının mərkəzi sayılan Səbail rayonundadır - hər kvadrat metri 3 min manata çatıb. Nərimanov rayonunda belə evləri kvadrat metri 2200 manatdan, Nəsimi rayonunda 1600 manatdan, Yasamal rayonunda isə 1500 manatdan almaq olar.


Telegram kanalımız
Seçilən
116
6
yenisabah.az

7Mənbələr