AZ

Ukrayna Rusiyanın 247 hücum obyektini vurub

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri bu gecə və səhər buraxılan 293 Rusiya hücum obyektindən 247-ni vurub və ya zərərləşdirib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalında bildirilib.

Ukrayna müdafiə rəsmilərinin məlumatına görə, 13 yanvar gecəsi Rusiya ordusu Kursk, Bryansk və Voronej bölgələrindən 18 ədəd “İsgəndər-M” ballistik raketi və “S-300” zenit idarə olunan raketləri ilə hücum edib.

“Düşmən həmçinin müxtəlif istiqamətlərə 293 ədəd “Şahed”, “Gerber” və digər tipli hücum dronları ilə hücuma keçib. Bundan başqa, düşmən Xarkov, Zaporojye, Dnepropetrovsk və Kiyev bölgələrindəki dörd yerə ballistik zərbələr endirib”, - deyə Ukrayna Hərbi Hava Qüvvələrindən bildiriblər.

Hava hücumu təyyarələr, zenit-raket qoşunları, elektron müharibə bölmələri, pilotsuz sistemlər və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.

Xüsusilə, saat 9:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda, şərqində və mərkəzində 247 hədəfi vurub. Bunlar iki “İskəndər-M” ballistik raketi, beş “İskəndər-K” qanadlı raketi və 240 ədəd “Şahed”, “Gerbera” və digər tipli PUA-lar olub.

Bəyanatda vurğulanır ki, 24 yerdə ballistik/zenit raketləri və 48 hücum PUA-sı ilə zərbələr qeydə alınıb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
reyting.az

1Mənbələr